2000-ci illərin əvvəllərində informasiya
texnologiyaları inanılmaz sürətlə yeni dövrə qədəm qoydu. Bu dövr İnternetin,
mobil texnologiyaların və bulud əsaslı hesablamaların kəskin inkişafı ilə səciyyələnirdi.
Bu, həm də rəqəmsal transformasiyanın hərəkətverici qüvvəsinə çevrilən “Google”,
“Amazon” və “Facebook” kimi nəhənglərin meydana gəlməsi ilə əlamətdar oldu.
Bununla belə, İT sənayesinin XXI əsrin əvvəllərindəki vəziyyəti ilə indiki vəziyyətini
müqayisə etsək, nə dərəcədə nəhəng təkümülün baş verdiyini görə bilərik. Bu gün
informasiya texnologiyaları təkcə biznes proseslərini dəstəkləmir, həm də onların
əsas komponentinə çevrilib. Sürücüsüz avtomobillərin inkişafından tutmuş bulud əsaslı
hesablamalara və süni intellektə qədər - İT həyatımızın bütün sahələrinə nüfuz
edir.
“Information Technology & Innovation
Foundation” təşkilatının 2023-cü il üçün məlumatlarına əsasən, İT sahəsinə investisiyalar
yeni səviyyəyə çatıb. Məlumatların emalına marağın artması ən çox müşahidə
olunan trendlərdən biridir. Artıq təşkilatlar məlumatların dəyərini getdikcə
daha çox dərk edir və daha əsaslandırılmış qərarlar qəbul etmək üçün onların təhlili
üzrə innovativ metodları fəal şəkildə tətbiq edir.
Qlobal tendensiyalar
kontekstində ölkəmizdə İT sahəsinin vəziyyətinə diqqət yetirmək vacibdir. “Global
Innovation Index 2023” hesabatına görə Azərbaycanda ciddi tərəqqi müşahidə olunur.
Bu, həm də kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi və rəqəmsal
iqtisadiyyatın inkişafı ilə bağlıdır.
Belə ki, 2019-cu ildə şirkətimiz “Paşa
Bank”da analitik sistemin (Business Intelligence - BI) və korporativ məlumat saxlanclarının
(Data Warehouse - DWH) işlənib hazırlanması və tətbiqi üçün həlli uğurla həyata
keçirib, bu ilin əvvəlində isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İnnovasiya və Təchizat Mərkəzində analoji sistemin tətbiqi üzrə tenderin qalibi
olub.
Tədbir barədə daha ətraflı məlumat üçün məqaləyə keçid edin http://surl.li/nbdkhg