Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

Bakıda kitabxanaçılar üçün xüsusi təlim keçirildi

17 mart 2016-ci il tarixində dövlət və özəl təhsil müəssisələri (universitetlər, məktəblər) eləcə də,  digər müəssisələrin kitabxana sahəsində çalışan rəhbər və işçiləri üçün “Müasir kitabxana konsepsiyası” mövzusunda təlim keçiriləcək.
Xüsusi olaraq kitabxanaçılar üçün nəzərdə tutulmuş təlimdə ALİSA sistemi üzərindən kitabxanaların elektron idarəedilməsi, kitabxana işinin asanlaşdırılması və kitabxanaçı-oxucu arasında  iş prosesinin sadələşdirilməsi ilə bağlı oldu. Bundan başqa tədbirdə, dünyanın ən inkişaf ölkələrində kitabxana avadanlıqlarının tətbiqini həyata keçirmiş alman şirkətinin xüsusi dəvət edilmiş nümayəndəsi iştirak edir və öz təcrübəsi, uğurla həyata keçirilmiş layihələr, ən müasir 3M avadanlıqları və kitabxana avadanlıqlarının istehsalı ilə məşğul olan Almaniya şirkətinin ən son yenilikləri barədə məlumat verdi. Təlimdə iştirak edəcək kitabxanaçılar işinin asanlaşdırılması, kitabxanalarda yüksək texnologiyaların tətbiqi, kitabxana idarəetməsində lazımi sistemlərin tətbiqi, elektron kitabxana, onlayn kitabxanaların qurulması, kitabxana sistemlərinin fərqləri və s. faydalı məlumatları əldə etdi. Təlim peşəkar mütəxəssislər tərəfindən keçirildi. Təlimdə iştirak pulsuz idi. Təlim iştirakçılarına sertifikat təqdim olundu.
Sistem Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan bir neçə Bakı və rayon kitabxanalarda, Gəncə Heydər Əliyev Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında sistemin bir neçə kompanenti tətbiq edilmişdir.
ALISA  (Automated  Library  Information  System of Azerbaijan) sistemi  kompleks  bir layihə kimi Azərbaycanın Kitabxana  sistemini  inkişaf  etdirmək  üçün yaradılmışdır.  Qeyd edək ki, ALISA sistemi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında “Ultra Technologies” şirkəti tərəfindən işlənib hazırlanmışdır.